“Azeri Light” markalı neft yenidən ucuzlaşıb
Bakı, 1 noyabr, AZƏRTAC
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar azalaraq 91,39 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [12:36]
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
- 17.11.2026 [12:11]
Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib
- 17.11.2026 [11:34]
Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO
- 17.11.2026 [11:24]