“Azəriqaz” abonentlərə müraciət edib
Bakı, 24 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə müraciət edib.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz”ın müraciətində deyilir: “Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə təcrübəsi olan əməkdaşlarımız sizə yardım göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq. Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya “WhatsApp” nömrəmizə (077 3 104 104) yazsın”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]