REGİONLAR
“Azərişıq” ASC-nin rəhbərliyi Yardımlıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Yardımlıda vətəndaşları qəbul edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Masallı və Yardımlıdan olan vətəndaşlar iştirak edib.
Əhalinin müraciətlərini dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verilib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.