“AZƏRİSTAR” SUMQAYITDA
Şənbə günü axşam Sumqayıtdakı Üzeyir Hacıbəyov adına kimyaçıların mədəniyyət sarayı vokalçıların respublikada populyar olmuş “Azəristar” müsabiqəsi iştirakçılarının sərəncamına verilmişdi.
“Azəristar” müsabiqəsinin qalibi adına layiq görülmək istəyən 20 ifaçının konserti Sumqayıtda böyük uğurla və tamaşaçıların gurultulu alqışları altında keçmişdir. Təşkilatçının fikrincə, tamaşaçılarla belə ünsiyyət gənc ifaçılara auditoriyanın onlara münasibətini bilavasitə hiss etməyə imkan verir.