SİYASƏT
“Azərneftkimyamaş” ASC-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 24 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 24-də “Azərneftkimyamaş” ASC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.