İQTİSADİYYAT
“Azərspace-1” vasitəsilə yayımlanan kanalları əhali tam ödənişsiz izləyə bilər
Bakı, 15 yanvar (AZƏRTAC). Milli telekommunikasiya peyki “Azərspace-1” vasitəsilə yayımlanan kanalları əhali tam ödənişsiz izləyə bilər. Vətəndaşlar peykə qoşulmaq üçün çanaq antenlərdən və peyk qəbuledicisindən istifadə etməlidirlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, çanaq anteni quraşdırıldıqdan sonra peyk vasitəsilə yayımlanan kanalları izləmək üçün qəbuledicidə bir neçə parametri (tezlik, polyarizasiya, simvol sürəti, FEC) daxil etmək lazımdır. Həmin parametrlərlə və “Azərspace-1” üzərindən yayımlanan kanalların siyahısı ilə “Azərkosmos” ASC-nin rəsmi veb-saytına http://azercosmos.az/ba-s-hif/azerspace-1-televiziya-v-radio-kanallar-n-n-siyah-s/ keçidində tanış olmaq mümkündür. Hazırda “Azərspace-1” peyki üzərindən 61 teleradio kanalı yayımlanır.