CƏMİYYƏT
“Azərsu” ASC daha bir ödəniş sisteminə qoşulub
Bakı, 28 noyabr, AZƏRTAC
“Azərsu” ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə birgə həyata keçirdiyi inteqrasiya işləri nəticəsində artıq “eManat” terminallarında nağd ödənişlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi ilə bağlı müəyyən olunmuş limitlərin smart-kartlara yüklənməsi də mümkündür.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ödənişlərin aparılması və smart-kartlara balansın yüklənməsi üçün “eManat” ödəniş terminallarının ekranında “Azərsu” bölməsi, ardınca “smart-karta ödəniş”, daha sonra “əhali” panelləri seçilir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Limitli abonentlərdə ödəmə gününə qədər qüvvədə olan limit miqdarı qədər balans karta yüklənir. Terminallarda aparılan əməliyyatlar real zaman rejimində həyata keçirilir və balans smart-kartlara yüklənilir.
Hazırda ölkə ərazisində 1300-dən çox “eManat” köşkü fəaliyyət göstərir ki, bunların da 201-i regionlarda quraşdırılıb. “eManat” köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilər 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlaya bilərlər.
Smart sayğacla təmin olunmuş məcburi köçkünlərin “MilliÖn” köşklərində də limitlərinin yüklənməsi üçün işlər davam etdirilir.