İQTİSADİYYAT
“Azərsu” ASC-nin “Qaynar xətt” xidmətinin nömrəsi dəyişilmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). “Azərsu” Acıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Qaynar xətt” xidmətində istifadə olunan “961” nömrəsi “955” ilə əvəz edilmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abonentləri “955”, bölgələrdəki sabit telefon abonentləri, eləcə də mobil telefon istifadəçiləri “012-955” nömrəsini yığaraq “Qaynar xətt” xidmətindən istifadə edə bilərlər.
“Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat fasiləsiz işləyən “955” nömrəsinə zəng edib “Qaynar xətt”ə məlumat versinlər. “955” nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür və araşdırılır.