Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır [YENİLƏNİB] VİDEO

Bakı, 1 fevral (AZƏRTAC, Nərgiz Sadıxlı). Fevralın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AZƏRTAC-da Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun filialının açılışı və agentlik ilə institut arasında əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi olmuşdur.

Mərasimdən əvvəl AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjan Xuasin və BDU-nun prorektoru Aydın Kazımzadə filialın rəmzi açılışını bildirən lenti kəsmişlər.

Baş direktor Aslan Aslanov mərasimdə çıxış edərək vurğulamışdır ki, Konfutsi İnstitutu ilə AZƏRTAC-ın əməkdaşlığı Azərbaycan ilə Çin arasında mövcud dostluq əlaqələrinin nəticələrindən biridir. Dərin tarixi köklərə malik olan Azərbaycan-Çin münasibətlərindən danışan baş direktor əlaqələrimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

Aslan Aslanov onu da qeyd etmişdir ki, 1994-cü ildə Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri zamanı Çin rəhbərlərinin və bu ölkənin sadə vətəndaşlarının Ümummilli liderimizin dərin hörmət və məhəbbətlə qarşılamalarının şahidi olmuşdur. Bildirilmişdir ki, ÇXR ilə Azərbaycan arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı uğurlu danışıqlar aparılmış, ikitərəfli münasibətlərdə yeni mərhələ açmış sənədlər imzalanmışdır.

Diqqətə çatdırılmışdır ki, AZƏRTAC ilə dünyanın nüfuzlu agentliklərindən biri olan Sinxua arasında sıx əlaqə yaranmışdır, fəal informasiya mübadiləsi aparılır. Bu iki agentlik beynəlxalq və regional informasiya təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Belə təşkilatlardan biri də OANA - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatıdır. Dünyanın 35 ölkəsinin aparıcı agentliyini birləşdirən OANA planetin ən nüfuzlu təşkilatlarından biridir.

AZƏRTAC-ın baş direktoru çinli dostları Yeni ilin başlanmasını bildirən Bahar bayramı münasibətilə təbrik etmiş, Çin xalqına uğurlar və firavanlıq arzulamışdır.

Sonra AZƏRTAC ilə Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və Konfutsi İnstitutunun direktorları - Çin tərəfdən xanım Hu Fenhua və Azərbaycan tərəfdən Oqtay Cəlilbəyli imzalamışlar.

Sazişə əsasən AZƏRTAC-da Konfutsi İnstitutu filialının açılması, agentliyin əməkdaşlarına Çin dili məşğələləri keçirilməsi, Çində təcrübə keçmək, Asiya regionunda bu institutun məhsullarını təbliğ etmək məqsədilə AZƏRTAC üçün məsləhət və tərcümə xidmətləri göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AZƏRTAC Azərbaycanda Çin dili kursları açılmış ilk kütləvi informasiya vasitəsidir. Burada artıq ikinci ildir ki, həmin kurslar fəaliyyət göstərir.

Sonra BDU-nun prorektoru Aydın Kazımzadə və Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli çıxış etmişlər. Onlar Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verərək bildirmişlər ki, ölkəmizdə Çin mədəniyyətinin və dilinin təbliği üzrə böyük iş aparan bu institut dost xalqlar arasında humanitar körpü rolu oynayır.

Aydın Kazımzadə demişdir ki, Azərbaycanın bir sıra ali məktəblərində Konfutsi İnstitutunun filialları fəaliyyət göstərir. O, əmin olduğunu bildirmişdir ki, Konfutsi İnstitutunun AZƏRTAC-dakı filialının fəaliyyəti Azərbaycan haqqında, onun mədəniyyəti və uğurları barədə məlumatın Çində geniş yayılmasına xidmət edəcəkdir.

Mərasimdə qeyd edilmişdir ki, Lənkəranda və Gəncədə də Konfutsi İnstitutunun filiallarının açılması planlaşdırılır.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjan Xuasin demişdir ki, nəinki Qafqaz regionunun, həm də dünyanın aparıcı informasiya agentliklərindən biri olan AZƏRTAC-da imzalanma mərasimində iştirak etməkdən şaddır. Xalqlarımız arasında hələ qədim İpək Yolu dövründən dostluq əlaqələrinin mövcud olmasını vurğulayan çinli diplomatın sözlərinə görə, humanitar əməkdaşlıq dövlətlərarası münasibətlərin inkişafında xüsusi rol oynayır. Bu baxımdan o, AZƏRTAC və Sinxua agentlikləri arasında yaranmış möhkəm əlaqələrin rolunu vurğulayaraq, AZƏRTAC-ın baş direktoruna xatirə hədiyyəsi təqdim etmişdir.

BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Hu Fenhua Çin dili müəllimlərinin səmərəli işləməsi üçün şərait yaradılmasına görə AZƏRTAC-ın rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, institutun Azərbaycandakı fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, hazırda bu institutun 800 müdavimi vardır. İnstitutda çin dili biliklərinin yoxlanılması üçün HSK və HSKK beynəlxalq standartları üzrə imtahanlar keçirilir. 24 azərbaycanlı Konfutsi İnstitutunun təqaüdünü almışdır və Çində təhsilini davam etdirir. 2013-cü ildə institut Azərbaycanda Çin dilinin və Çin mədəniyyətinin təbliği üzrə 20 tədbir keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov qeyd etmişdir ki, Çin dövlətçiliyi 5 min ildən artıq tarixə malikdir. Fuad Məmmədov humanizm və harmoniya ideyalarına əsaslanan Konfutsi fəlsəfəsi barədə danışmışdır.

İmzalanma mərasimi başa çatandan sonra Çuntsze - Çin Yeni İli bayramına həsr edilmiş şənlik keçirilmişdir. AZƏRTAC-ın jurnalistlərinin, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının, Xəzər Universiteti tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilmişdir.

Xatırladaq ki, Yeni İlin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir. Çində qəbul edilmiş ay təqviminə görə bu bayram ilin ilk ayının birinci günündə, yəni Qriqori təqvimi üzrə fevralın ortalarında qeyd edilir.

Çinlilərin fikrincə, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir.

Bayram şənliyində ənənəvi çay mərasimi də keçirilmişdir. Əyinlərinə milli Çin paltarı geyinmiş qızlar tədbir iştirakçılarını ətirli çaya qonaq etmişlər.

Çinli dostlarımızla bərabər azərbaycanlılar da Çuntsze bayramının ab-havasını yaşamışlar.

AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük