CƏMİYYƏT
AZƏRTAC-ın fotosu Beynəlxalq Fotoqrafiya Assosiasiyasının medalına layiq görülüb
Bakı, 3 may, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Rememdered youth” (“Gənclik çağlarını xatırlarkən”) fotosu “MASTER OF LİGHT” Beynəlxalq Fotoqrafiya Assosiasiyasının bürünc medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) himayəsi ilə Bosniya və Herseqovinanın Doboy şəhərində keçirilən “CONTRAST-2016” beynəlxalq fotomüsabiqəsinə dünyanın 61 ölkəsindən 304 müəllifin 3578 işi təqdim olunub.
“Gənclik çağlarını xatırlarkən” fotosu 2005-ci ilin may ayında Bakının Neftçilər prospektində C.Naxçıvanski adına hərbi liseyin kursantlarının yürüşü zamanı çəkilib.
“Master of Light Photographic Association” (MolPA) Kanadanın Vankuver şəhərində yerləşən beynəlxalq təşkilatdır. Onun məqsədi bütün dünyada fotoqrafiya sənətinə dəstək göstərməkdir.