MƏDƏNİYYƏT
AZƏRTAC-ın xüsusi müxbiri macar ictimaiyyətini imzalanmış sənəd haqqında məlumatlandırıb
Budapeşt, 10 oktyabr, AZƏRTAC
Macarıstanda çıxan populyar ingilisdilli “Daily News Hungary” nəşri oktyabrın 9-da Budapeştdə TÜRKSOY ilə Macarıstan arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum barədə AZƏRTAC-ın xüsusi müxbirinin məlumatını dərc edib (https://dailynewshungary.com/news_to_go/hungarian-government-signs-cooperation-agreement-with-turkic-organisation/).
AZƏRTAC xəbər verir ki, sənədi TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Macarıstan İnsan Resursları Nazirliyinin dövlət katibi Zoltan Lyorintsi imzalayıblar.
Məlumatda deyilir ki, Macarıstan 2018-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu alıb. Onda Macarıstanın Baş Naziri Viktor Orban qurumun Qırğızıstanda keçirilən VI Sammitində iştirak edib.