AZĞIN SOYĞUNÇU HƏBS EDİLMİŞDİR
Sumqayıt, 19 dekabr (AZƏRTAC). Sumqayıt Şəhər Polis İdarəsinin ikinci bölməsinin əməkdaşları Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azğın soyğunçunu həbs etmişlər.
Məlum olmuşdur ki, dekabrın 17-də axşam saat 23 radələrində Sumqayıt sakini Zöhrab İbrahimov öz avtomobilini mağazanın önündə saxlamış, ərzaq malları almaq üçün içəri daxil olmuşdur. Bu zaman avtomobilin qapılarının bağlanmamasından istifadə edən soyğunçu özünü itirmiş Zöhrab İbrahimovun gözləri qarşısında avtomobilə oturmuş və oradan 1500 manat məbləğində telefon kartlarını, 800 manat nağd pulu və müxtəlif sənədləri götürərək aradan çıxmışdır.
Polis əməkdaşları isti izlərlə soyğunçunun şəxsiyyətini müəyyənləşdirmiş və onu həbs etmişlər. Bu, Zeynalabdin Tağıyev qəsəbəsinin sakini 1983-cü il təvəllüdlü Tahir Nəzərovdur. Soyğunçu istintaqa cəlb olunmuş və ifadə verməyə başlamışdır.
Cinayət hadisəsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]