RƏSMİ XRONİKA
A.Z.MƏMMƏDOVUN AZƏRBAYCAN RESPUBLİKASININ AVROPA BİRLİYİ YANINDA NÜMAYƏNDƏLİYİNİN BAŞÇISI, EYNİ ZAMANDA AZƏRBAYCAN RESPUBLİKASININ BELÇİKA KRALLIĞINDA, NİDERLAND KRALLIĞINDA VƏ LÜKSEMBURQ BÖYÜK HERSOQLUĞUNDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VƏZİFƏLƏRİNDƏN GERİ ÇAĞIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının Avropa Birliyi yanında Nümayəndəliyinin başçısı, eyni zamanda Azərbaycan Respublikasının Belçika Krallığında, Niderland Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2006-cı il.