İQTİSADİYYAT
“Azneft” İB-də yeni ekoloji layihə reallaşdırılmışdır
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyində (İB) yeni ekoloji layihə həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ötən ildən başlayaraq İB-nin dəniz neft-qaz çıxarma idarələrində quyuların əsaslı və yeraltı təmirində qum tıxaclarının yuyulması zamanı Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə özüllərdə qapalı yuma qurğuları quraşdırılmışdır.
Cari ildən isə İB-nin “Abşeronneft” neft-qaz çıxarma idarəsinin 190, 210, 340 və 660 nömrəli, “Neft Daşları” neft-qaz çıxarma idarəsinin 1887 və 741 nömrəli özüllərində belə qurğular quraşdırılmış və istismara verilmişdir. N.Nərimanov adına neft-qaz çıxarma idarəsində isə qapalı yuma qurğularının quraşdırılması məqsədilə hazırlıq işləri aparılır.
“28 May” neft-qaz çıxarma idarəsinin dərin dəniz özüllərində belə qurğular bir neçə ildir ki, istismar olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]