İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi cari ilin yanvar ayında neft hasilatı planını 100,6 faiz yerinə yetirmişdir
Bakı, 5 fevral (AZƏRTAC). ARDNŞ-in “Azneft” İstehsalat Birliyi (İB) cari ilin yanvar ayında neft hasilatı planını 100,6 faiz yerinə yetirmiş, 578 min 940 ton əvəzinə 582 min 630 ton neft hasil etmişdir. Plandan əlavə 3 min 690 ton neft çıxarılmışdır.
Qaz hasilatı planı 100,6 faiz yerinə yetirilmiş, 572 milyon 85 min kubmetr proqnoz əvəzinə 575 milyon 300 min kubmetr qaz hasil edilmişdir. Plandan əlavə 3 milyon 215 min kubmetr qaz çıxarılmışdır. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz və ya 3 milyon 709 min kubmetr coxdur.
Hasil edilən neftin 581 min 389 tonu (plan 576 min 28 min ton) və ya 100,9 faizi neft emalı zavodlarına və ixraca təhvil verilmişdir. Hasil edilən qazın 512 milyon 517 min kubmetri (plan 506 milyon 950 min kubmetr) və ya 100,1 faiz qaz emala və “Azəriqaz”a təhvil verilmişdir.
Bundan başqa, Qaz Anbarları İstismar İdarəsi tərəfindən yeraltı qaz ambarlarından 406 milyon 522 min kubmetr qaz əhalinin istifadəsinə verilmişdir.