İQTİSADİYYAT
“AZNEFTKİMYAMAŞ”IN MÜƏSSİSƏLƏRİ MƏHSUL İSTEHSALINI ARTIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azneftkimyamaş” ASC-nin tərkibində olan müəssisələr yanvarda əmtəəlik məhsul istehsalını xeyli artırmağa nail olmuşlar.
“Azneftkimyamaş”ın müəssisələrində ötən ay 2186 manatlıq məhsul istehsal edilmiş və proqnoza 104, 3 faiz əməl olunmuşdur. 2006-cı ilin yanvarında isə bu rəqəm 1409 manat təşkil etmişdir. Sifarişçilərə göndərilən məhsulun dəyəri də ötən ilin yanvarı ilə müqayisədə xeyli artmış, 153,9 faiz artım tempinə nail olunmuşdur.
Səttarxan, Bakı, Zabrat, Suraxanı, “Bakı fəhləsi”, Sabunçu Elm-İstehsalat Birliyi, Bakı NMMZ, B.Sərdarov adına maşınqayırma zavodlarında məhsul istehsalının və satışının dəyəri daha yüksək olmuş, proqnozlara artıqlaması ilə əməl edilmişdir.
Müəssisələrdə yeni iş yerləri də açılmış, işləyənlərin sayı, onlara hesablanmış əməkhaqqıların məbləği də artmışdır.
17 müəssisəni birləşdirən “Azneftkimyamaş” ASC-də bu il 25630 min manatlıq məhsul istehsalı nəzərdə tutulmuşdur. Məhsullar, ölkəmizin neft-mədən sənayesinin tələbatını ödəməklə yanaşı, digər MDB respublikalarına da ixrac ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]