SİYASƏT
AZTƏMİNATLI AİLƏLƏR PREZİDENT İLHAM ƏLİYEVƏ ONLARA GÖSTƏRDİYİ DİQQƏTƏ VƏ QAYĞIYA GÖRƏ MİNNƏTDARLIQ EDİRLƏR
Ağsu, 5 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 2009-cu il 25 dekabr tarixli Fərmanı Ağsu rayonunda da əhali tərəfindən minnətdarlıqla qarşılanmışdır. Minlərlə ailə bu Fərmanı dövlətimizin başçısının onlara göstərdiyi növbəti qayğının təzahürü kimi dəyərləndirir.
70 yaşlı şəhər sakini Xansənəm Nuriyeva demişdir: Prezidentimiz mənim kimi nə qədər insanı sevindirmişdir. Bu Fərmana əsasən bizim ailə 2790,8 manat borcdan azad edilmişdir. Ona bütün ailə üzvlərimiz adından çox-çox minnətdaram. Allah Prezidentimizə uzun ömür, cansağlığı versin.
Qeyd edək ki, Ağsu rayonunda ötən il oktyabrın 1-dək əhali tərəfindən istehlak olunmuş təbii qaza görə 1.430 300 manat borc silinəcəkdir.