İQTİSADİYYAT
Aztəminatlı ailələrin mənzil probleminin həlli üçün 50 hektar sahə ayrılıb
Bakı, 23 iyun, Elvin Camalov, AZƏRTAC
Aztəminatlı ailələrin mənzil probleminin həlli üçün şəhərlərdə, eləcə də, rayon mərkəzlərində sosial mənzillərin tikintisi ilə bağlı 50 hektar sahə ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, belə torpaq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. “Sosial mənzillərin tikintisi isə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə həvalə olunub. Sosial evlərin tikintisi aztəminatlı ailələrin mənzil problemini aradan qaldırmaqla yanaşı, regionlarda minlərlə iş yerinin açılmasına imkan yaradacaq”, - deyə Baş nazirin müavini vurğulayıb.