ELM VƏ TƏHSİL
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov qonaqlara universitet haqqında məlumat verib. Həmçinin AzTU-nun “Huawei”lə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriliməsində maraqlı olduğu bildirilib.
“Huawei”in nümayəndələri tələbələr üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində “Huawei” ekspertlərinin Azərbaycandan olan 30 tələbəyə informasiya texnologiyaları sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulur.
Daha sonra AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, şirkətin təhsillə bağlı digər layihələri istiqamətində fikir mübadiləsi aparılıb.