Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Babamla söhbət” – mənəvi dəyərlər toplusu

“Babamla söhbət” – mənəvi dəyərlər toplusu

Bakı, 24 iyun, AZƏRTAC

Hər bir kitabın işıq üzü görməsi müəlliflə, həm də oxucularla yeni görüş, ünsiyyət körpüsüdür. Eləcə də oxucunun bir ədəbi şəxsiyyətin, vətəndaş ziyalının mənəvi aləminin işığında, vəsf etdiyi gözəlliklər qoynunda duyğulanması, özünü həyatın uca məqamlarında hiss etməsi, görməsidir. Onda da ola bu kitabın ədəbi-bədii məhsulları özünün ali məqsəd və ideyası, mənəvi-əxlaqi dəyərlərimizin yaşadılması, həyatımızın gerçəkliklərini güzgü kimi əks etdirməsi ilə ictimai fikir tariximizin yaddaşında hifz olunmaq haqqına, hüququna malik olsun. Belə kitablar qədərincədir və heç şübhəsiz, işıq təki, nur timsalında doğulan hər bir əsər də düşüncəmizdə yeni dəyər və mənaların yaranmasına özünün təsirini göstərir.

Bu günlərdə şair Hacı Firudin Süleymanoğlunun yenicə çap olunmuş “Babamla söhbət” kitabı ilə tanışlıq indicə ifadə etdiyim fikirlərin doğulmasına rəvac verdi. İlk olaraq qeyd edim ki, şairin bu kitabında ədəbi-bədii yaradıcılığından nümunələr toplanıb tərtib olunub. Burda kitab tərtibi haqqında bir neçə məqama diqqət yönəltmək istəyirəm. Bəzən göz önündə olan belə kitabların ərsəyə gəlməsində tərtibçinin zəhmətini nəzərə almayan, bunun asan bir iş olduğunu düşünənlər də olur. Guya əsərlər necə gəldi, kitaba daxil edilərək çap olunur. Əslində bu belə deyil. Tərtib-kitabın öz ölçüləri var. Tərtibçinin də bu meyarı gözləmək, izləməklə yanaşı, özünün işə yanaşma prinsipi, təkrarçılıqdan kənar fərqli iş manerası, daxili qayda-qanunları mövcuddur. Burda tərtibçinin səliqə-səhmanı, intizamı, kitaba daxil olunacaq nümunələri ideya-fikir ardıcıllığı ilə təqdim etmək səriştəsi başlıca rol oynayır. Dediklərimiz tərtib-kitabın məziyyətini artıran xüsusiyyətlərdir, bunlar həm də kitabçılıq mədəniyyətində əsas nüanslardan hesab olunur.

“Babamla söhbət” kitabının tərtibçisi və redaktoru Kəmalə xanım Mirzəyevanın bu sahədə təcrübəsi, haqqında söhbət açdığımız kitabın böyük səriştə və zövqlə tərtib olunduğunu göstərir. Yeri düşmüşkən, “Poeziyada vətən və el təəssübü” məqaləsində Kəmalə xanımın şairin yaradıcılığını milli təəssübkeşlik, vətəndaşlıq mövqeyindən xarakterizə etməsi də kitabın dəyərini artırır. “Söz adamından danışmaq çətin olsa da” başlıqlı “Ön söz”ün müəllifi yazıçı-publisist Bəxtiyar Qaracanın ilk söz kimi, Hacı Firudin Süleymanoğlunun həyat və yaradıcılığına qısa, həm də mükəmməl ekskursiyası da oxucunu kitabı oxumağa və ondan dəyərlər əxz etməyə istiqamətləndirir. İlk baxışda kitabın adı bizdə maraq doğurdu: Niyə məhz “Babamla söhbət”… Əsərlə tanışlıq tədricən bu marağa aydınlıq gətirdi. Əslində Hacı Firudinin bütün yaradıcılığı bu mənbədən - həyat görmüş müdrik bir atanın, babanın yaşam tərzindən, görüb-götürdüklərindən, şahidi olduğu, müşahidə etdiyi hadisələrdən, onların yaddaşdan süzülən işığından qaynaqlanıb.

Müəllifin yaradıcılığından toplanmış nümunələr də maraqlı bir formada bölmələrə ayrılıb. Bu bölmələr “Şeirlər”, “Qəzəllər”, “Poemalar”, “Lətifələr” və “Rəylər” olmaqla beş hissədə qruplaşdırılıb. Beləliklə, şairin bütövlükdə yaradıcılığı tərtibdə öz əksini tapıb. Başqa sözlə, oxucu müəllifi hərtərəfli, özünün bədii təfəkkürünün işığında tanımağa, dərk etməyə imkan qazanıb. Mövzularına gəlincə, deməliyik ki, Hacı Firudinin yaradıcılığının mayasında doğma yurdu, onun kəndləri, şəhərləri, adamları, təbiəti var və sadaladıqlarımızın fonunda Vətən sevilərək vəsf olunur. Ulu Naxçıvandan, Şahtaxtı kəndindən başlayan Vətən bütün Azərbaycanı əhatə edir. O, təkcə bu gözəlliklərdən zövq almır, onun dərdləri, ağrıları, vətənimizin işğalından doğan acılar da müəllifi narahat edir, düşündürür. Şairin əsərlərində Naxçıvanın, Göyçənin, Qarabağın dərdləri dil açır, müəllif bu dərdlərdən danışmaqla sanki, unutmayaq, azad edək elimizi, yurdumuzu deyərək, haray çəkir.

Firudin Süleymanoğlunun bütün yaradıcılığında - şeirlərində, publisist qeydlərində bir xatirə nisgili var. İndi ondan uzaqda olan həyatda, ürəyinin qatlarında yer eləmiş xatirələrdə bir yaddaş işığı közərir. Xatirələrin də ki, şirini şirin, acısı da bal dadır, deyib aqillərimiz.

Bəzən xatirələr qucur keçmişi,

Atamın ocağı yadıma düşür.

Anamın lavaşı, aşı, bişmişi,

Nənəmin qucağı yadıma düşür.

Yayda bağımızın bal ərikləri

Laləzar örüşü, boz gədikləri,

Yovşanı, soğanı, bol məmikləri ,

Çobanın yığmağı yadıma düşür.

F.Süleymanoğlunun şeirlərində dünyaya xitabən söylədikləri bizi düşünməyə sövq edir. Müəllif təbiət hadisələrinin özündə belə, insana adi görünən, vərdiş etdiyimiz hərəkətlərə əslində ağrılarla başa gələn hadisələr kimi rəng verir: Buludun canı gedər Dönüb yağış olunca… Çayda suya çevrilib, Çöldə qamış olunca…

Şair oğlu ilə etdiyi söhbətlərində həyatda yaşadıqları çətinlikləri dilə gətirir, əziyyətlərə qatlaşmağı, bununla elə həyatın qədrini bilməyi, oxuyub, yetişib adam olmağı, nəsihət edir. Onun şeirlərində poeziyamızın nəhəngləri Hüseyn Cavidə, Məmməd Araza, kamanın ustad ifaçısı Habil Əliyevə yazdığı ithaflar bu şəxsiyyətlərə qoyulmuş ədəbi abidədir.

F.Süleymanoğlunun poetik yaradıcılığında qəzəl janrı da mühüm yer tutur. Doğma yurdun gözəllərinin ətri gələn bu qəzəllərin leytmotivini pak, ülvi sevgilər təşkil edir. “Tutasan”, “Xoşdur”, “Nədir ayrılıq”, “Eyləsən”, “Deyirəm”… qəzəllərində eşqin, hicranın, vüsala yetməyin həsrəti közərir…

Kitaba şairin 3 poeması daxil edilib. “Salamnamə” poeması müəllifin yaradıcılığına xas olan bir üslubda qələmə alınıb. Əhli-Şahtaxtını, doğmaları, yaxınları, onların timsalında bütün insanları salamlayan müəllif özünün ibrətamiz söhbətləri, xatirələri ilə böyük mətləblərə aydınlıq gətirir. Bu təsvir-vəsflərdə fikir-ideyanın dərinliklərinə getmək, bu yerlərin və insanların bədii obrazını yaratmaqdan ötrü bədii vasitədir. “Ümid” poemasında isə yaddaşının etibarına güvənən müəllif yenə keçmişə boylanır, ululara, müdriklərə minnətdarlığını poetik düşüncəsindən axıb gələn sözün qüdrəti ilə vəsf etməklə bildirir. Söhbət yenə də xatırladığı məqamlar üstə köklənir. Poemanın içərisində müəllif sözünə söykək kimi haşiyəyə çıxır, elinin maarifpərvər ziyalılarını, igid oğullarını xatırlayır. 10 məqam, 4 haşiyə, 3 rəvayət formasında yazılmış bu poema özünün keçmişi, şərəfli tarixi, bədii təsvirlərin gözəlliyi, üslub yeniliyi ilə diqqəti çəkir. Mövzunun söhbət, məqam, rəvayət, haşiyə formasında işlənməsi əsərə bədii forma verməklə yanaşı, həm də dilin axıcılığı, lakonikliyi ilə düşüncədə həzmini, qavranmasını asanlaşdırır. “Babamla söhbət”də babalarımızın bizə əmanət qoyduğu halallıq, namus, qeyrət kimi ali keyfiyyətləri nəzmə çəkən şair sonacan poemaya hakim olan tər-təzə bir üslubda ahəngi saxlayaraq bir övlad məhəbbəti ilə bu nadir keyfiyyətləri öz həyat-yaşam tərzində qoruduğundan qürurunu ifadə edir.

Kitabda yer alan “Lətifələr”, “Rəylər” həm Hacı Firudin Süleymanoğlunun geniş yaradıcılıq potensialına malik olduğunu, eləcə də həyatına, ədəbi irsinə bələd olan ziyalıların müəllifin yaradıcılığı haqqında fikirlərini öyrənməyə imkan yaradır. Şairin bir ədəbi şəxsiyyət kimi tanınmasında bu rəylər də kitaba bütövlük verir.

Təəssüf ki, yığcam təqdimat xarakterli bir yazıda, şeirlərindən çoxlu sayda nümunələr təqdim etmək mümkün olmadı. İnanırıq ki, həmin əsərlərin ifadə etdiyi mənəvi ucalığın fövqündə olmaq, illərin sınağından çıxmış deyimləri, bir sözlə, şairin poetik inciləri ilə tanışlıq, onları sevərək oxumaq, zənnimizcə oxucuda mənəvi zövq yaradacaq. Bu mənada Hacı Firudin Süleymanoğlu “Babamla söhbət”də gerçək həyatda yaşadıqlarını sözün bədii qüdrətilə ifadə edə bildiyindən onun oxucu sevgisi ilə qarşılanacağı mütləqdir.

Şəfəq Nasir,

yazıçı-publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib