CƏMİYYƏT
Bağ evindən və avtomobildən oğurluq etmiş şəxslər yaxalanmışlar
Bakı, 7 sentyabr (AZƏRTAC). Xəzər rayonunun Şüvəlan qəsəbəsində paytaxt sakini Balaqardaş Xalıqova məxsus bağ evindən oğurluğa cəhd göstərilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəni törətmiş Lerik rayon sakini Cavid Məmmədzadə rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxsin qəsəbədəki Bakı sakini İlham Səfərovun bağ evinin həyətindən “Skuter” motosikletini oğurlamağa cəhd göstərməsi də müəyyən edilmişdir.
Sabunçu rayonunda isə Pərviz Süleymanova məxsus avtomaşından pul oğurlanmışdır.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı sakini Qabil Abdullayev saxlanılmışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.