Bağdadda terror aktı törədilib
Tehran, 19 may, AZƏRTAC
Bağdadın ABŞ səfirliyinin də yerləşdiyi Yaşıl bölgə adlanan rayonunda terror aktı törədilib.
AZƏRTAC İraq KİV-lərinə istinadla xəbər verir ki, Yaşıl bölgə rayonuna iki raket atılıb. Raket zərbələri nəticəsində ABŞ səfirliyinin yaxınlığında yerləşən inzibati binalardan birinin divarı dağılıb.
İraqın təhlükəsizlik orqanlarının yaydığı məlumata görə, atəş Bağdadın Fələstin prospektindən atılıb. Raketlərdən biri binanın divarını dağıtsa da, insan tələfatı olmayıb.
Təhlükəsizlik orqanları təxirəsalınmaz tədbirlər görməyə başlayıblar, təhqiqat aparılır. ABŞ-ın və digər dövlətlərin səfirliklərinin inzibatı binalarının mühafizəsi gücləndirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [23:47]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:15]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]