CƏMİYYƏT
Bağdadda törədilmiş terror aktının qurbanlarının xatirəsi İraqın Azərbaycandakı səfirliyində yad edilir
Bakı, 4 iyul, AZƏRTAC
İraqın paytaxtı Bağdadda törədilmiş terror aktının qurbanlarının xatirəsinin yad olunması ilə əlaqədar İraqın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək İraq xalqına başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
İraqda elan edilmiş üç günlük matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı aşağı salınıb.
Xatirə kitabı bu gün saat 17:00-dək açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [18:35]
Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
- 04.05.2024 [17:23]
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
- 04.05.2024 [15:07]