“BAKCELL” ƏHATƏ DAİRƏSİNİ GENİŞLƏNDİRİR
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son 2 həftə ərzində Naftalan, Qazıməmməd, Saatlı, Tərtər, Balakən, Neftçala və Mərəzədə yeni baza stansiyaları quraşdırılmışdır. Bundan başqa Abşeron, Yevlax, Şəki, Sabirabad, Kürdəmir, Ağdaş, Goranboy, Zaqatala və Şamaxı rayonlarının kənd, qəsəbə və rayon mərkəzlərində, eləcə də, həmin rayonları birləşdirən yollarda şəbəkənin gücləndirilməsi üzrə tədbirlər görülür. Bakı şəhərinin özündə də yeni baza stansiyalarının quraşdırılması davam etdirilir.
Yaxın günlərdə İsmayıllı, Balakən və Quba rayonlarında da baza stansiyalarının sayının artırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:48]
® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb
- 06.10.2026 [11:34]