İQTİSADİYYAT
“Bakcell” “Ulduzlu zənglər” kampaniyasına başlamışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti oktyabrın 31-dən bazarda ən sərfəli zəng tarifi olan yeni “Ulduzlu zənglər” kampaniyasına başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, kampaniya heç bir şərt və məhdudiyyət olmadan Azərbaycan daxilində bütün istiqamətlərə zənglərin hər dəqiqəsinə görə 5 qəpik tarifini təklif edir.
“Ulduzlu zənglər” kampaniyası “Bakcell” ailəsi - CIN, Klass və Gold , eləcə də yeni “CINeration” və “Klass 7” tariflərinin abunəçilərinə aiddir və ölkədaxili zənglər üçün nəzərdə tutulmuşdur. Bu kampaniyada minimal balans və ya xidmətin aktivləşdirməsi haqqı kimi heç bir əlavə şərt yoxdur. Azərbaycan daxilində istənilən nömrənin qarşısına * (ulduz) əlavə etməklə dəqiqəsi 5 qəpik olan bu danışıq tarifindən yararlanmaq mümkündür.
“Ulduzlu zənglər” təklifindən istifadə barədə daha ətraflı məlumat almaq üçün 5530 qısa nömrəsinə pulsuz SMS göndərmək lazımdır.
Kampaniya noyabrın 30-dək davam edəcəkdir.