CƏMİYYƏT
“Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlimlər
Bakı, 21 aprel, AZƏRTAC
“Bizim Gənclik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 - ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində on gün ərzində növbəti təlimlər keçirib.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər iki əsas istiqamət - dil biliyinin inkişafı və komandada iş prinsiplərinin öyrədilməsi üzrə keçirilib.
İngilis dilində keçirilən təlimlərin əsas mövzusu “İngilis dilində etik danışıq qaydaları”, Azərbaycan dilində keçirilən təlimlərdə isə əsas mövzu “Yerli və beynəlxalq layihələrin yazılışı, idarəsi və burada könüllülərin rolu” olub.
Layihənin əsas məqsədi Azərbaycanda gələcəkdə keçiriləcək beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili üçün könüllülərin yetişdirilməsindən ibarətdir.