Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 2017/2018-ci tədris ilinin başlanması münasibətilə Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, SOCAR-ın vitse-prezidentləri, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq öz ehtiramlarını bildiriblər.

Dövlət himni səsləndikdən sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək 2017/2018-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara cansağlığı və təhsildə uğurlar arzulayıb. Ali məktəbin qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında danışan rektor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 25 təqaüdçüdən 24 nəfəri məhz Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Rektor, həmçinin qeyd etdi ki, bu il ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balı 685 olub və bu, ölkə üzrə rekord göstərici kimi müəyyən olunub. Digər iki ixtisas - “Kimya mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisaslarının minimal keçid balları da artaraq, müvafiq olaraq 662 və 663 bal olub. Rektor I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbənin məhz bu ali təhsil müəssisəsini seçdiyini xüsusi vurğulayıb.

“İlk 102 məzun SOCAR-da, SOCAR Polymer, SOCAR AQŞ, SOCAR Upstream, Türkiyədə PETKİM və STAR kimya zavodları, transmilli şirkətlərə - BP, Maire Technimont Group, Halliburton və digər şirkətlərdə işlə təmin olunublar. Eyni zamanda, BANM-in və dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunub. Bunlardan, Stenford Universiteti, Colorado School of Mines (ABŞ), Hamburg-Harburg Texniki Universiteti, Friedrich-Alexander Erlangen Nürnberq Universitetinin (Almaniya) və digər bir sıra xarici ali məktəblərlə siyahını davam etdirmək olar”, - deyə E.Qasımov bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rövnəq Abdullayev ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM-də gələcək mühəndis kadrların Azərbaycan sənayesinin inkişafına dəyərli töhfə verəcəyinə əmin olduğunu bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2017-ci il mayın 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusunun istifadəyə verildiyini qeyd edib və Prezidentin öz çıxışında da ali məktəbin fəaliyyətinə və yeni kampusa yüksək qiymət verdiyini vurğulayıb.

Rövnəq Abdullayev Azərbaycan Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının həyata keçirilməsinin vacibliyinə diqqət çəkərək ölkə başçısının etimadını layiqincə doğrultmağı SOCAR-ın fəaliyyətində əsas prioritet olduğunu vurğulayıb.

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıq qurmaqdan məmnunluğunu ifadə edib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə öz çıxışında BANM-in tələbələrini təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb. O, ali məktəbin tələbələrinin gələcəkdə mühəndislik sahəsində Azərbaycanın ən peşəkar kadrları olacağına əminliyini vurğulayıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına malik ixtisasın məhz BANM-də olmasını və ən istedadlı abituriyentlərin bu ali təhsil ocağını seçməsini xüsusi vurğulayıb.

BANM-in ilk məzunlarından “Kimya mühəndisliyi” ixtisasının birincisi olan, hal-hazırda BP şirkətində çalışan Əhməd Qələndərli ölkə Prezidentinə, SOCAR-ın rəhbərliyinə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını çatdıraraq BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsini arzulayıb.

Daha sonra Əhməd Qələndərli ali məktəbin məzunları adından SOCAR-ın prezidenti Rövnəq Abdullayevə xüsusi xatirə hədiyyəsi təqdim edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayanların sırasında olan və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçən Mahirə Əsədzadə öz çıxışında ali məktəbin tələbələr üçün böyük şanslar vəd etdiyini, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verdiyini qeyd edib.

Qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan Abdulla Əsgərzadənin valideyni Yeganə Əsgərova çıxış edərək övladının Azərbaycanın ən nüfuzlu ali məktəbində təhsil alacağına görə sevinc hissləri keçirdiyini bildirib.

O, BANM-in rəhbərliyinə, professor və müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib.

700 bal toplayan digər tələbə Jalə Məmmədovanın təhsil aldığı Abşeron rayonu Xırdalan şəhər 5 saylı orta məktəbin direktoru Şahin Yusifov məktəbin məzununun məhz BANM-i seçməsindən qürur duyduğunu bildirib.

Sonra 2017/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə vəsiqələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans