İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 20 noyabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) noyabrın 20-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7839 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7839 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 2.351.700 AZN məbləğində əqd qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1.385.172 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 4.765.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 3.736.872 AZN məbləğində əqd qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmişdi, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,60 faiz, ABŞ dolları üzrə isə 14,00 faiz təşkil etmişdir.
Noyabrın 20-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.