İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 19 mart (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) martın 18-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7836 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birjanın Elektron Hərraclar Sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7836 AZN olmuşdur. USD/AZN T+0 aləti üzrə
əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7836 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 238 414,40 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7836 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 1.578.000 dollar, yaxud 1 238 414,40 manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,79 faiz, ABŞ dolları üzrə isə 11,07 faiz təşkil etmişdir.
Martın 18-də birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.