İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 7 avqust (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) avqustun 6-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4.217.718,80 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 5.377.000 dollar, yaxud 4.217.718.80 AZN təşkil etmişdir.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS-də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,38 faiz, ABŞ dolları üzrə isə 10,63 faiz təşkil etmişdir.
Avqustun 6-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.