İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 26 avqust (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində avqustun 26-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birjanın Elektron Hərraclar Sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN olmuşdur.
USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.256.718,80 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi həcmi 2.877.000 ABŞ dolları olmuşdur ki, bunun da manat ekvivalenti 2.256.718,80 AZN-dir.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 8,90 faiz, ABŞ dolları üzrə isə 9,20 faiz təşkil etmişdir.
Bu gün birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.