İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 8 aprel (AZƏRTAC). Bakı Banklararası Valyta Birjasının ( BBVB) valyuta bölməsində aprelin 7-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7913 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7913 AZN-ə bərabər olmuşdur.
USD/AZN T +O aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 1 700 276 AZN-a bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7913 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar aləti üzrə hərracların ümumi məbləği 2,146 miyon dollar olmuşdur ki, bu manat ekvivalenti ilə 1 700 276 AZN təşkil edir.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə əqd qeydə alınmamışdır.
AURAZN T+0 aləti üzrə 4,785 milyon avro əqd qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 avro üçün 1,1332 AZN-a bərabər olmuşdur.
Banklar tərəfindən RUB/AZN aləti üzrə sifarışlər olmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14,50 faiz, ABŞ dolları üzrə isə 15 faiz təşkil etmişdir.
Aprelin 7-də banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.