İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 13 iyun (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) iyunun 13-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7890 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7890 AZN-ə bərabər olmuşdur.
USDAZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 514 694, 60 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7890 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 653 min dollar, yaxud 514 694,60 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,30 faiz, ABŞ dolları üzrə isə 13,08 faiz təşkil etmişdir.