İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 4-də Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində keçirilmiş hərracların nəticələrinə görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7866 AZN-ə bərabər olmuşdur.
Birjanın analitik informasiya şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hərracların birja elektron sistemində (Bourse E-system of trades-BEST) səhər sessiyasının açılışı vaxtı USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7866 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə sövdələşmə qeydə alınmamışdır.
Səhər sessiyasının orta məzənnəsi dəyişməz qalmışdır.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə sövdələşmə qeydə alınmamışdır. Gündüz sessiyasının orta məzənnəsi dəyişməz qalmışdır.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, USD/AZN T+0 aləti üzrə sövdələşmə qeydə alınmamışdır.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2 və SWAP -USD/AZN alətləri üzrə sövdələşmələr olmamışdır.
Banklardan BEST-ə EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər daxil olmamışdır.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası mütəşəkkil kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alət üzrə manatla illik 12,50 faiz, ABŞ dolları ilə 13,93 faiz təşkil etmişdir.
Avqustun 4-də birjada banklar arasında kredit alətləri üzrə sövdələşmələr olmamışdır.