Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Biznes Universitetinin 20 illiyi qeyd olunmuşdur

Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Bakı Biznes Universitetində (BBU) bu ali təhsil müəssisəsinin yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları BBU-da ümummilli lider Heydər Əliyevin büstünün açılışında iştirak etmişlər.

Daha sonra universitetin yeni kitabxanasının açılışı olmuşdur.

Universitetin foyesində BBU-nun son nəşrlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Yubiley mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, Türkiyə, ABŞ, Rusiya, Avropa və Asiya ölkələrindən qonaqlar iştirak etmişlər.

Universitetin konfrans zalında keçirilən tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanmışdır.

BBU-nun 20 illik fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film göstərilmişdir.

Tədbirdə BBU-nun rektoru, professor İbad Abbasovun universitetin 20 illik fəaliyyətinə dair hesabat məruzəsi dinlənilmişdir. Məruzədə cəmiyyətin və insanın formalaşmasında təhsilin rolundan, ölkəmizdə elm, təhsil sahələrinin inkişafına dövlət qayğısından, özəl ali təhsil müəssisələrinin təhsilimizə töhfələrindən danışılmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və onun özəl təhsilə birmənalı müsbət münasibəti bu prosesin inkişafına inamlı təkan vermişdir. Respublikamızın özəl təhsil sistemində Bakı Biznes Universitetinin xüsusi xidməti və yeri vardır. Universitet 1989-cu ildə aparılan elmi axtarışlar və tədqiqatlar əsasında 1993-cü ildə təsis edilmişdir. BBU bakalavr və magistr pillələrində kadr hazırlığı üzrə dövlət siyasətini böyük uğurla icra edir.

Hazırda universitetdə bakalavr pilləsində 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Ötən 20 ildə universitetin bakalavr hazırlığı üzrə 16, magistr hazırlığı üzrə doqquz buraxılışı olmuşdur. BBU-nun məzunlarından bir çoxu ölkəmizin ali icra orqanlarının müxtəlif strukturlarında, ictimai qurumlarda, qeyri-hökumət təşkilatlarında çalışır.

Universitetdə pedaqoji kadr potensialının formalaşmasında da ciddi və məqsədyönlü işlər aparılmışdır. İyirmi il ərzində 25-dən çox doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdur. Hazırda səkkiz nəfər doktorluq, 19 nəfər isə iqtisad üzrə fəlsəfə doktorluğu dissertasiyaları üzərində işləyir. Bu sahədə işlərin daha səmərəli qurulması üçün xarici ölkələrin aparıcı universitetlərinin ixtisaslaşdırılmış şuralarının imkanlarından da istifadə edilir.

İ.Abbasov bildirmişdir ki, universitetdə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi fəaliyyət göstərir. Burada mütəmadi seminarlar keçirilir, tələbə gənclərlə milli vətənpərvərlik ruhunda tərbiyəvi işlər aparılır.

Rektor bildirmişdir ki, universitetdə tədris prosesinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilərək fəal təlim sistemlərindən istifadə olunur. Bolonya prosesinə uyğun olaraq, tədrisdə kredit sistemi tətbiq edilmişdir. Tələbələrin biliyinin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılır.

Bakı Biznes Universitetində 20 ildə 35 elmi forum təşkil edilmişdir. Bu forumlar iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyinə, milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsinə, respublikamızın sosial-iqtisadi inkişafı problemlərinə və digər mühüm məsələlərə həsr edilmişdir.

BBU bazar iqtisadiyyatı şəraitində dünya təcrübəsinin mütərəqqi metodologiyalarını öyrənmək, elm və təhsil sahəsində yeni nailiyyətlər əldə etmək məqsədi ilə xarici ölkələrin bir sıra qabaqcıl ali məktəbləri ilə elmi əlaqələr yaratmışdır.

Sonra İ.Abbasov BBU-nun 20 ildə qazandığı uğurlara görə və yubiley münasibətilə universitetin kollektivini təbrik etmiş, növbəti 10 ildə bu ali təhsil müəssisəsinin dünyada tanınmasının mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulamışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, BBU-nun yaranması və onun 20 illik tarixi bütövlükdə Azərbaycanda təhsil sistemində, o cümlədən özəl təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsinin təzahürü və ifadəsidir. BBU 20 illik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Ə.Əhmədov demişdir ki, müasir inkişafı, müasir cəmiyyətin formalaşmasını, gələcəyə ünvanlanan siyasətin müəyyən edilib həyata keçirilməsini elm, təhsil, universitetlər olmadan təsəvvür etmək mümkün deyildir. Təhsilin inkişafı, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar ölkəmizin gələcəyinin perspektivlərini müəyyənləşdirir. Bu gün müstəqil respublikamız əhəmiyyətli iqtisadi sistem əsasında sürətlə inkişaf edir. Əminəm ki, BBU-nun məzunları ölkəmizin iqtisadi inkişafının daha da qüdrətlənməsi işinə layiqli töhfələrini verəcəklər.

Təhsil nazirinin müavini Qulu Novruzov qeyd etmişdir ki, hazırda ölkədə fəaliyyət göstərən 15 özəl ali təhsil müəssisəsi arasında BBU-nun xüsusi yeri vardır. Bunu universitetin 20 illik uğurlu fəaliyyəti, qazandığı nailiyyətlər bir daha sübut edir. Q.Novruzov bildirmişdir ki, yubiley münasibətilə universitetin əməkdaşlarından doqquz nəfəri Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” adına, doqquz nəfəri isə fəxri fərmana layiq görülmüşdür. Təhsil nazirinin müavini kollektivi yubiley münasibətilə təbrik etmiş, daha böyük uğurlar arzulamışdır.

Sonra mükafatlar sahiblərinə təqdim edilmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, BBU yarandığı vaxtdan ölkəmizdə biznes iqtisadiyyatı üçün yüksəkixtisaslı kadrların hazırlanması işini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycanda iqtisad elminin inkişafında bu ali təhsil müəssisəsinin böyük rolu vardır. Əminəm ki, BBU müəyyənləşdirdiyi düzgün strategiyasını bundan sonra da davam etdirəcək, daha böyük uğurlara imza atacaqdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov BBU-nun kollektivini yubiley münasibətilə təbrik etmişdir. Bu ali təhsil müəssisəsinin iqtisadi sahə üçün kadr hazırlığı prosesi kimi çətin işin öhdəsindən uğurla gəldiyini vurğulayan S.Müslümov BBU-nun bu sahədə rəqabətdə öz mövqeyini qoruyub saxlayacağına əminliyini ifadə etmişdir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir ki, ölkənin qabaqcıl özəl ali təhsil müəssisələrindən olan BBU-nun məzunları təhsil illərində qazandıqları bilikləri bu gün ölkənin müxtəlif idarə və təşkilatlarında təcrübəyə tətbiq edirlər. Mən BBU-da yüksək hazırlıqlı kadrların yetişdirildiyinə əminəm. Ona görə də onun məzunlarının Bakı Metropolitenində də işləməsini çox istərdim. Kollektivi yubiley münasibətilə təbrik edirəm və inanıram ki, BBU bundan sonra da təhsil sahəsində fəal mövqe nümayiş etdirəcəkdir.

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd etmişdir ki, ölkənin yüksəkixtisaslı kadr potensialı ilə təmin edilməsində böyük rol oynayan BBU həm də təhsil ilə elmi birləşdirən bir universitetdir. Burada AMEA-nın tanınmış alimlərinin fəaliyyət göstərməsi bunu sübut edir. Bu, olduqca təqdirəlayiq bir haldır. Çünki hər bir elmi işçi mütləq təhsil sahəsində də məşğul olmalı, müəllimlik missiyasını yerinə yetirməlidir.

A.Həşimov iqtisadiyyat sahəsində qazanılan nailiyyətlərə görə və yubiley münasibətilə universitetin kollektivini təbrik etmişdir.

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov BBU-nun müasir Azərbaycanın tələbləri ilə ayaqlaşan, onun iqtisadi gücünün artmasında rolu olan, ölkə iqtisadiyyatı üçün peşəkar kadrlar hazırlayan qabaqcıl təhsil müəssisəsi olduğunu vurğulamışdır.

Universitetin qazandığı uğurlarda əhəmiyyətli rolu olan, beş nominasiya üzrə dəyərləndirilmiş bir qrup müəllim və tələbəyə mükafatlar təqdim edilmişdir.

Tədbirdə Kazan Federal Universitetinin professoru Vitali İvaşkeviçə BBU-nun fəxri doktoru adı verilməsi haqqında universitet elmi şurasının qərarı oxunmuşdur. V.İvaşkeviçə fəxri doktor diplomu, mantiya və qiymətli hədiyyələr təqdim edilmişdir.

AMEA-nın, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək BBU-nun keçdiyi 20 illik şərəfli yoldan, qazandığı uğurlardan danışmış, kollektivi təbrik etmişlər.

Tədbir bədii hissə ilə davam etmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb