Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universiteti – 106

Bakı, 1 sentyabr, AZƏRTAC

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi xalqımızın elm və təhsil tarixində, milli mədəniyyətimizin və ictimai fikir tariximizin inkişafında yeni mərhələnin başlanğıcı olub.

AZƏRTAC xəbər verir ki, bu gün BDU-nun təsis edilməsinin 106-cı ili tamam olur. BDU xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında müstəsna rol oynayıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu şərəfli missiya daha böyük miqyasda davam etdirilir.

Universitetin əsas uğurları və inkişaf mərhələləri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq BDU-ya xüsusi diqqət və qayğı ilə yanaşıb, onun kadr potensialının, maddi-texniki bazasının güclənməsinə şərait yaradıb, universiteti elm və təhsilimizin flaqmanı, milli oyanışın mərkəzi kimi qiymətləndirib. BDU-nun kollektivi bütün bunları hər zaman minnətdarlıqla yad edir, universitetin dünyaşöhrətli məzunu ilə qürur duyur. 106 illik şərəfli tarixin parlaq səhifələrinə nəzər saldıqda görürük ki, universitetin yubileylərinin təntənəli şəkildə qeyd olunması ənənəsini Ümummilli Liderimiz Heydər Əliyev qoyub.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubiley mərasimində dövlətimizin başçısının iştirakı və proqram xarakterli çıxışı universitet kollektivinin qarşısında yeni hədəflər qoyub.

Bu gün Bakı Dövlət Universiteti ölkə rəhbərliyinin yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir.

106 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə fəaliyyətini davam etdirir. BDU-da bu gün 25 mindən artıq tələbə təhsil alır. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır.

Hazırda universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda, ölkədaxili əməkdaşlıq, xüsusilə sənaye müəssisələri ilə əlaqələr inkişaf etdirilir. Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr universitetin idarəçiliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır.

Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, eyni zamanda, tələbələrin ictimai fəallığının artırılmasına, onların azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun nəticəsidir ki, professor-müəllim heyətinin, tələbələrin uğurları ildən-ilə artır, universitet beynəlxalq reytinqlərdə daim öz mövqeyini yüksəldir.

Ötən tədris ilində BDU tələbələri bir sıra beynəlxalq tədbirlərdə, olimpiada və digər yarışlarda iştirak edib, mühüm nəticələrə nail olublar. İtaliyanın Milan şəhərində keçirilmiş 75-ci Beynəlxalq Astronavtika Konqresində onlar öz təqdimatlarını uğurla nümayiş etdirib, Mexanika-riyaziyyat fakültəsinin tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilmiş Beynəlxalq Riyaziyyat Olimpiadasında müvafiq olaraq I və III yerlərin, Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva, Firuzə Məhərrəmova və Günay Fətəliyeva isə Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilmiş Biologiya üzrə Beynəlxalq Olimpiadada I və II yerlərin qalibləri olublar. Universitetin “ESST-6” komandası Türkiyədə “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında “E-tarım sulama” layihəsi ilə III yerə, “DAIGNOSIS” komandası Çində keçirilmiş “Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında ölkəmizi təmsil edən yeganə komanda kimi bu nüfuzlu yarışın beş qalibindən biri olub. Xüsusi vurğulamaq lazımdır ki, fəaliyyətə son illərdə başlamış və qısa müddət ərzində bir sıra mühüm nəticələr əldə etmiş BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi bütün bu proseslərdə aparıcı rol oynayır. Mərkəz tərəfindən həyata keçirilən “SuperCapBack hibrid batareya” və “Clean-Charge sürətli şarj stansiyası” layihələri 2024-cü ilin noyabrında Türkiyənin İstanbul şəhərində “EV Charge Show” – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında təqdim edilib, “BSU Creativity Workz” komandası 220 komanda arasından vəsiqə qazanan 8 komandadan biri olub. Layihə əsasında BDU-nun ərazisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə elektromobillərin bərpaolunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi qurulub. Universitetin daha iki komandası bu ilin mart ayında “International World Innovative Student Expo 2025” (IWISE) yarışmasında iştirak edib, “STAJ” komandası “Itech” kateqoriyası üzrə I, “TechTitans” komandası isə “Robotics” kateqoriyası üzrə II yerə layiq görülüb.

2024-cü ildə universitetin 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb. BDU-nun tələbələri, həmçinin bir sıra təqaüd proqramlarının qalibləri olublar. Onlar “PAŞA Holdinq”in “Əlaçı” təqaüdünün, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının, “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olublar. Eyni zamanda, ötən il BDU-nun 14 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib. 2025-ci ildə BDU-nun tələbə və məzunları Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramında da uğurlu nəticələr göstəriblər. Bu proqramı müvəffəqiyyətlə bitirən 35 nəfərdən 12-si məhz BDU-nun tələbə və məzunu olub.

Tələbələri elm və təhsilə həvəsləndirmək məqsədilə 2025-ci ildə BDU Elmi şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis olunub. 2025/2026-cı tədris ilindən etibarən “Birincilik” adlı məqsədli təqaüd universitetə bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat olmaqla veriləcək.

Hazırda universitetdə 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da bakalavriat səviyyəsində 77 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma və doktoranturada 123 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılıb. 2025/2026-cı tədris ilindən etibarən Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisası üzrə kadr hazırlığına başlanılması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Ötən il BDU-da dövlət gənclər siyasəti, Ulu Öndər Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə ümumilikdə 900-dən artıq tədbir keçirilib.

Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbul ilə bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda daha yüksək nəticələr göstərir, eyni zamanda, tələbələr beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülür, təhsillərini xaricdə davam etdirmək imkanı qazanırlar. BDU məzunlarının xaricdə təhsil almaq imkanları ötən il də genişlənib, onlar magistratura və doktorantura səviyyələri üzrə dünyanın bir sıra nüfuzlu universitetlərinə qəbul olunublar. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq ki, onlardan 5-i məhz BDU məzunudur. Bu proqram çərçivəsində BDU-nun məzunları dünyada innovativ elmi istiqamətlər hesab edilən tibb mühəndisliyi, yer elmləri, kimya, molekulyar biologiya ixtisasları üzrə təhsil alacaq, tədqiqat işləri aparacaqlar.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Son illərdə BDU-da yaradılmış Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar, Materialşünaslıq, Riyazi tədqiqatlar, Astrokosmik və atmosfer tədqiqatları, Bioloji antropologiya kimi sənayeyönümlü elmi-tədqiqat laboratoriyaları, eləcə də Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi artıq öz elmi nəticələrini verməkdədir.

Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet hədəflərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin “Quacquarelli Symonds” (QS) reytinq siyahısında ilk ən yaxşı 700 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Ötən tədris ilini isə BDU tarixində bu istiqamətdə ən mühüm nailiyyətlərin əldə edildiyi il kimi səciyyələndirmək olar. Məhz bəhs olunan dövrdə BDU dünya universitetlərinin QS reytinq siyahısında və eləcə də bir sıra reytinqlərdə göstəricilərini yüksəltməyə nail olub. BDU “QS World University Rankings 2026”da 688-ci mövqedə qərarlaşıb. Bu göstərici BDU-nun təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda lider mövqeyini ifadə edir.

2025-ci ildə bu istiqamətdə əldə edilmiş ən mühüm nailiyyətlərdən biri də – “QS Stars” audit qiymətləndirilməsində BDU-nun 5 ulduza layiq görülməsidir. Bu mühüm nəticələr BDU-nun təhsil, elmi tədqiqatlar, akademik inkişaf, məzunların məşğulluq imkanları, infrastruktur və idarəetmə sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Universitet digər bir nüfuzlu təşkilatın – “Times Higher Education” (THE) agentliyinin tərtib etdiyi beynəlxalq reytinqdə də mövqeyini möhkəmlədib. Agentliyin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən BDU qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq 401–600 diapazonunda yer alıb. Bu, universitetin ötənilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir. BDU təbiət elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir. 2025-ci ildə BDU, həmçinin THE-nin tərtib etdiyi “İnterdisiplinar elm reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. Həmçinin nüfuzlu “GreenMetric” reytinqində 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksəlib. BDU ilk dəfə olaraq “Şanxay reytinqi”ndə də yer alıb.

BDU-nun əməkdaşları tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksəlir. “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 73-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, 2023-cü ildə 52-yə, ötən il isə 67-yə bərabər olub. Hər bir əsərə edilən istinadların orta sayı 9.94-ə yüksəlib. Bu göstərici isə ötən il 8.53-ə bərabər idi. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4743 elmi əsər nəşr edilib. Bu göstərici 4436 elmi əsər təşkil edirdi. Həmin əsərlərə 47000-dən çox istinad edilib. Yenə də müqayisə üçün bu rəqəm 2024-cü ildə 37000, 2023-cü ildə isə 29000 təşkil edirdi ki, bütün bunlar artan dinamikanı bir daha əyani şəkildə nümayiş etdirir. Yalnız ötən il nəşr edilmiş elmi əsərlərə 8646 istinad olunub. Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında lider mövqeyə sahibdir.

Ötən tədris ilində BDU beynəlxalq reytinqlərdə göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə xaricdə bu istiqamətdə təşkil olunan bir sıra mühüm tədbirlərdə, o cümlədən İngiltərənin Mançester şəhərində THE reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit), Əl-Fərabi adına Qazax Milli Universitetində “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də, Sinqapurda QS Agentliyinin təşkilatçılığı ilə keçirilən “EduData Summit - 2025” tədbirində təşkilatçı və iştirakçı kimi təmsil olunub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə əsas məqsəd dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün təcrübə mübadiləsinin həyata keçirilməsi, yeni birgə layihələrin müzakirəsinin aparılmasıdır.

Ötən tədris ilində BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası da uğurla inkişaf etdirilib. BDU ilə Türkiyə, Pakistan, Çin, Malayziya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, Bolqarıstan və digər ölkələrin nüfuzlu universitetləri arasında əlaqələr qurulub. Hazırda BDU 50-dən çox ölkənin 180-dən artıq universiteti ilə əməkdaşlıq edir.

BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Ötən tədris ilində BDU bir sıra beynəlxalq tədbirlərə, həmçinin COP29 çərçivəsində keçirilmiş Bakı İqlim Fəaliyyəti Həftəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfransa, ICESCO ilə birgə keçirilmiş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda beynəlxalq konfransa, Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, Türkiyə və Özbəkistan universitetləri ilə birgə təşkil olunmuş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” simpoziumuna ev sahibliyi edib. 2025-ci ildə BDU ilə “Bayraktar Texnologiya Azərbaycan” MMC və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BDU nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da özünün prioritetlərindən hesab edir. 2024/2025-ci tədris ilində BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE), İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinin (The Global University Network for Innovation - GUNI), Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinin (The Climate Action Network for International Educators – CANIE) və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) üzvü seçilib.

Universitet beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verir. Son illər BDU ilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti, AMB Milli Depozit Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Milli Kitabxanası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, KOBİA, Təhsilin İnkişafı Fondu, CODELANDIA və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanıb. Bu əməkdaşlıqlar çərçivəsində ötən tədris ilində BDU-da Azərbaycan Milli Kitabxanasının, Medianın İnkişafı Agentliyinin, “Xalq qəzeti”nin xüsusi auditoriyaları istifadəyə verilib. BDU və KOBİA-nın birgə tərəfdaşlığı ilə universitet ərazisində elektromobillərin bərpaolunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə birgə universitetin həyətində “Tələbə məkanı”, dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Bayramli Group”, həmçinin “LU-MUN Holding” və “Azecolab” şirkətləri ilə birgə “EkoMəkan” açılıb.

Universitetdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə bir sıra tədbirlər, layihələr həyata keçirilib. BDU-nun həmtəşkilatçılığı ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi, “COP29 həftəsi” keçirilib, müxtəlif maarifləndirmə tədbirləri, seminar və yarışlar təşkil olunub, Azərbaycan Mətbuat Şurası ilə birgə “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib. COP29-un uğurlu təşkil olunmasında iştirak edən BDU-nun 537 tələbəsinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, onlar təşəkkürnamə və pul mükafatı ilə təltif olunublar.

Qalib və qüdrətli ölkəmizin gündən-günə inkişaf etməsi, elm və təhsildə əldə olunan nailiyyətlər BDU kollektivini və tələbələrini universitetin yaradılmasının 106-cı ildönümünü daha yüksək ovqatla qarşılamağa sövq edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini BDU ailəsinin bütün üzvləri böyük rəğbət və ehtiramla qarşılayıb. BDU Elmi şurasının qərarına əsasən, “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb və hazırda həyata keçirilir.

BDU kollektivi Vətən müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümü ərəfəsində müstəqil, qüdrətli, ərazi bütövlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etmiş qalib dövlətimizə, dövlət başçımızın müdrik siyasətinə xidmət göstərməyi hər zaman olduğu kimi bir daha özünün ən ali vəzifəsi hesab edir.

BDU-nun təsis edilməsinin 106-cı ildönümü münasibətilə universitetin kollektivini, məzunlarını və tələbələrini təbrik edirik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır