ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin tətbiqi” mövzusunda seminar keçirilmişdir
Bakı, 23 sentyabr (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU)
“Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin tətbiqi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə - DOQUP-Tempus layihəsi çərçivəsində reallaşdırılan tədbirdə Azərbaycan, İtaliya, Slovakiya, Almaniya, İspaniya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin universitetlərindən olan alim və mütəxəssislər iştirak etmişlər.
Açılış mərasimində Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva BDU-nun fəaliyyəti barədə məlumat vermiş, o cümlədən təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır.
Seminarda tədris proqramlarının keyfiyyətinin təmin edilməsi və təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq kadrların hazırlanması və s. məsələlər geniş müzakirə edilmişdir.
Çıxış edən alim və mütəxəssislər fikir və təkliflərini bildirmişlər.
Seminar işini sentyabrın 24-də Qafqaz Universitetində davam etdirəcəkdir.