İQTİSADİYYAT
Bakı Fond Birjası ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2054008688 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, aprelin 11-də AZ2054008688 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, aprelin 11-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 969.05 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 969.05 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2054008688 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 969.05 manat olması nəzərə alınmalıdır.