İDMAN
“Bakı” futbol komandası ikitərəfli oyun keçirmişdir
Bakı, 28 iyun (AZƏRTAC). Yeni mövsümə hazırlıq prosesi çərçivəsində “Bakı” futbol komandası gündə iki məşq keçirməklə təlim-məşq toplanışını davam etdirir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, axşam məşqi zamanı komanda ikitərəfli oyun keçirmişdir. Oyunçular qırmızı və ağ köynək geyinməklə iki komandaya bölünmüşlər.
Matç komandada qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşımışdır. İkitərəfli oyun “Qırmızılar”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Qalib komandanın heyətində Rauf Əliyev 4, Mindauqas Kalonas, Əfran İsmayılov və Valeh Seyidov hərəyə 1 dəfə fərqlənmişlər. Rəqib komandanın yeganə qolunu isə Rəşad Abdullayev vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]