Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 651; 2018, № 3, maddə 580, № 10, maddələr 2142, 2167; 2019, № 3, maddələr 542, 543; 2021, № 4, maddə 419, № 11, maddə 1257; 2022, № 1, maddə 58; 2023, № 5, maddə 722; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 sentyabr tarixli 333 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın 11.3.2-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 11.4-cü bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242; 2012, № 3, maddə 260; 2013, № 3, maddə 346; 2016, № 1, maddə 181; 2019, № 1, maddə 147, № 5, maddələr 937, 955, 977; 2022, № 7, maddə 818) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazir-liyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin 66-cı hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin bölməyə aşağıdakı məzmunda 67-ci hissə əlavə edilsin:

“67. “Bakı Kristal Zalı” MMC.”.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 noyabr 2023-cü il

№ 408

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin