ELM VƏ TƏHSİL
Bakı məktəblərinin beş məzunu qəbul imtahanlarında 700 bal toplayıb
Bakı, 3 avqust, AZƏRTAC
Bakı məktəblərinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin beş məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.
Məzunlardan Xalidə Əliyeva 220 nömrəli məktəb-liseyi, Nemət Yusifov isə 287 nömrəli “Zəkalar” liseyini bitirib. Mahirə Əsədzadə E.Əliyev adına 162 nömrəli məktəbdə, Pərvin Əhmədova P.İsmayılov adına 278 nömrəli məktəbdə, İlhamə Hüseynova isə 111 nömrəli məktəbdə təhsil alıb.
Qeyd edək ki, ümumilikdə bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında I, II, III və IV ixtisas qrupları üzrə 15 nəfər 700 bal toplayıb.