Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 4 ” “ sentyabr ” 2026-cı il
№ 262