İQTİSADİYYAT
Bakı metrosunda vaqonlar yeni ilə uyğun bəzədilib VİDEO
Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 30-da Bakı metrosunda Yeni il ilə əlaqədar bayram tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, təşkil edilən bayram tədbiri ilə əlaqədar olaraq Bakı metrosunda vaqonlar, xüsusilə də retro vaqonlar yeni ilə uyğun bəzədilib. Şaxta baba və Qar qız ənənəvi olaraq uşaqlar üçün bayram hədiyyələrini təqdim edir.
Yeni ilə uyğun bəzədilən vaqonlar dekabrın 30-dan yanvarın 2-dək hərəkət edəcək. Həmçinin bu tarixlərdə metronun 4 stansiyasında - "28 May", "İçərişəhər", "Elmlər Akademiyası" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasında klassik və xalq musiqilərindən ibarət konsert proqramı sərnişinlərə təqdim olunacaq.
Qeyd edək ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Bakı metrosu gecə saat 01:00-ə qədər fəaliyyət göstərəcək. Həmçinin bayram ərəfəsində metroda yeni il posterləri də vurulub.