REGİONLAR
Bakı Mühəndislik Universitetində Novruz şənliyi
Xırdalan, 17 mart, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) həyətində Novruza həsr olunmuş tədbirdə bayrama aid milli mətbəximiz, milli oyunlarımız və adət-ənənələrimiz nümayiş etdirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bayram tədbirində çıxış edən ali məktəbin rektoru Havar Məmmədov müəllim və tələbələri təbrik edib, el bayramı olan Novruzda milli-mənəvi dəyərlərimizin rolundan danışıb.
Novruz tonqalını alovlandıran Havar Məmmədov gənclərin milli ruhda böyüməsi üçün tələbələrə milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını tövsiyə edib.
Qeyd edək ki, universitetdə alimlər tərəfindən “Novruz bayramının qaynaqları və mənəvi dəyərləri” mövzusunda seminar da keçirilib.
Bayram tədbiri Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.