CƏMİYYƏT
Bakı şəhər sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 15-də Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün kəndin ərazisində T.İbrahimov ilə Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.