SİYASƏT
BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC NEFT KƏMƏRİ ƏFSANƏDƏN GERÇƏKLİYƏ ÇEVRİLİR
Türkiyə Prezidenti Əhməd Necdət Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini “gerçəkliyə çevrilən əfsanə” adlandırmışdır. Türkiyə dövlətinin başçısı bunu kəmərin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinə başlanması ilə əlaqədar gürcü həmkarı Eduard Şevardnadzeyə göndərdiyi məktubda bildirmişdir.
Əhməd Necdət Sezər qeyd etmişdir: “Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə başlanması münasibətilə keçirilmiş mərasim nəinki Türkiyə, Azərbaycan, Gürcüstan və ABŞ-ın, sadəcə olaraq, strateji əməkdaşlığına parlaq misaldır, həm də bu ölkələrin səylərinin uğurla birləşdirilməsinə nümunədir”. Türkiyə Prezidentinin fikrincə, kəmərin çəkilməsi Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafına və əməkdaşlığına kömək edəcək, enerji ehtiyatlarının nəqli marşrutlarını nəinki artıracaq, həm də regionda təhlükəsizliyin, sülh və sabitliyin təmin olunmasına sanballı töhfə verəcəkdir.