MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrı mövsümün son tamaşalarını təqdim edəcək
Bakı, 15 iyul, AZƏRTAC
Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə (böyüklər və uşaqlar üçün) çıxış edir. İyulun 16-da teatrın yaradıcı heyəti tərəfindən 17-ci mövsümün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının səhnəsində “Sehirli Tütək” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, iyulun 17-də isə teatr böyüklər üçün Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış “Günahsız günahkarlar” tamaşasını təqdim edəcək. Tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri “Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]