Bakı və Gəncə şəhərlərində avtomobil oğruları yaxalanmışlar
Bakı, 23 mart (AZƏRTAC). Martın 22-də H.Babayev küçəsində paytaxt sakini Kamil Əmrahova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oğurluğu törətmiş Yalçın Xanməmmədov Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Martın 15-də isə Qaradağ rayonunda İlkin Ağayevə məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılmışdır.
Rayon polis idarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Cəlilabad rayon sakini Vüsal Mehdiyev saxlanılmışdır.
Gəncə şəhərinin H.Ə.Hüseynzadə küçəsindən Ağdam rayon sakini Seymur Əliyevə məxsus “VAZ-21214” markalı avtomaşın oğurlanmışdır.
Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtomaşını qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Hüseynov tutulmuşdur.
Hər üç faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]