BAKIDA AVRASİYA SKAUT DÜŞƏRGƏSİ
Sentyabrın 17-22-də “Gənclik” Beynəlxalq Turizm Mərkəzində İkinci Avrasiya Skaut düşərgəsi fəaliyyət göstərəcəkdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizdə ilk dəfə keçirilən tədbirin təşkilatçıları nazirlik və Azərbaycan Skautlar Təşkilatıdır. 16 ölkədən 60 nümayəndənin təmsil olunacağı tədbirin açılış mərasimində Dünya Skaut Təşkilatının prezidenti Eduardo Missioni iştirak edəcəkdir. Tədbir çərçivəsində gənclər siyasətinin ayrı-ayrı mövzularına dair “dəyirmi masa”lar, müxtəlif idman yarışları keçiriləcəkdir.