Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclası keçirilmişdir

Bakı, 26 noyabr (AZƏRTAC). Noyabrın 26-da Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə həmsədr xarici ticarət naziri xanım Nikol Brikdir.

İclasda qeyd olunmuşdur ki, Hökumətlərarası Komissiya Azərbaycan Prezidentinin 1997-ci ildə imzaladığı müvafiq Sərəncamla yaradılmışdır. Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə komissiya indiyədək altı iclasını keçirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə böyük töhfə verir, iqtisadi münasibətlər uğurla inkişaf edir. Azərbaycan MDB ölkələri arasında Fransanın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. İndiyədək iki ölkə arasında müqavilə-hüquq bazasını təşkil edən 42 sənəd imzalanmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan və Fransa arasında əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən ticarət və investisiya, şəhərsalma, enerji sektoru, bərpa olunan enerji, mülki aviasiya və aeronaftika, maliyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat, idman, ətraf mühit sahələrini əhatə edir.

İclasda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasının protokolu imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Fransa tərəfdən isə xarici ticarət naziri Nikol Brik imzalamışlar.

Daha sonra Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət naziri xanım Nikol Brikin mətbuat konfransı keçirilmişdir.

Maliyyə naziri Samir Şərifov demişdir ki, iclasın protokolunda müzakirələr zamanı əldə edilən nəticələr əksini tapmışdır. Burada müəyyən razılaşmalar və hər bir tərəfi razı salan müddəalar əks etdirilmişdir. Protokol hər iki tərəfi təmsil edən qurumların gələcək işini istiqamətləndirir. Azərbaycan Fransa maliyyə institutlarının iri layihələrin maliyyələşdirilməsindəki rolunu yüksək qiymətləndirir. Ölkələrimizin çox geniş əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edir.

Ölkəmizin Fransa ilə kosmik sahədə sıx əməkdaşlığının mövcud olduğunu bildirən nazir demişdir: “Azərbaycanın ilk kosmik peykini Fransanın “Arianespace” şirkəti orbitə çıxarmışdır. Bu əməkdaşlıq davam etdirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci peykin orbitə buraxılması ilə bağlı Fransa tərəfi ilə danışıqları davam etdirir. Yaxın gələcəkdə bu danışıqlar konkret müqavilə ilə yekunlaşacaqdır”.

S.Şərifov qeyd etmişdir ki, “Azərbaycan Hava Yolları” QSC hava nəqliyyatının təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Fransa şirkətləri ilə də geniş əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə hava gəmilərinin alınması ilə məhdudlaşmır. Eyni zamanda, hava təhlükəsizliyi, hava nəqliyyatının idarə edilməsi sahəsində də əməkdaşlıq əlaqələri qurulmuşdur.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi Fransanın “Sistra” şirkəti ilə Bakı Metropoliteninin inkişaf etdirilməsi layihəsi üzrə əməkdaşlıq edir. Bakı Metropoliteninin inkişaf sxemi mövcuddur və Fransa şirkətləri ilə əməkdaşlıq üçün potensial vardır. Fransanın müvafiq şirkətləri Azərbaycana yeraltı nəqliyyat üçün müvafiq texnoloji avadanlıq, metro vaqonları təklif edirlər və bu məsələlərə baxılmaqdadır. Azərbaycanın Fransa ilə əməkdaşlığının digər bir istiqaməti dəmir yol nəqliyyatının inkişaf etdirilməsi layihəsidir. Fransa şirkətlərinin Azərbaycan Nəqliyyat Nazirliyinə, “Azərbaycan Dəmir Yolları” QSC-yə təklifləri vardır. Bu təkliflər, eyni zamanda, fransız banklarının kreditləri ilə müşayiət olunur. Kreditlər Fransanın kredit-sığorta agentliyi tərəfindən sığortalanır. Kənd təsərrüfatı və ekologiya sahəsi vacib sahələrdəndir. Bakının ekoloji problemlərinin həlli üçün geniş tədbirlər görülməkdədir. Fransa tərəfini əsasən “Ağ şəhər” layihəsinin reallaşması maraqlandırır. Artıq Azərbaycanda müəyyən ekoloji problemlər öz həllini tapmışdır. Odur ki, Fransa şirkətləri bu sahədə aparılan işlərdə yaxından iştirak etməyə böyük maraq göstərir. Fransa digər ekoloji məsələlərdə də Azərbaycan tərəfi ilə öz təcrübələrini bölüşmək niyyətindədir.

Nazir qeyd etmişdir ki, Azərbaycan və Fransanın birgə əməkdaşlığının əsas istiqaməti enerji əməkdaşlığıdır. Fransa tərəfi Cənub enerji dəhlizinin yaradılması istiqamətində Azərbaycanın səylərini çox yüksək qiymətləndirir. “Şahdəniz” layihəsində Fransanın “Total” şirkəti payçı kimi iştirak edir.

S.Şərifov vurğulamışdır ki, Fransa şirkətləri Azərbaycanda yaradılan texnoloji və sənaye parklarında da iştirakda maraqlıdır. Belə ki, Azərbaycan tərəfi Fransa şirkətlərini Sumqayıt Kimya Parkında və Sumqayıt Texnoparkında iştiraka dəvət etmişdir.

Maliyyə naziri daha sonra demişdir: “Azərbaycan ilə Fransanın ticarət dövriyyəsinin həcmi cari ilin 9 ayında təxminən 1,2 milyard dollar olmuşdur. Hesab edirik ki, bu göstərici iki ölkənin iqtisadi əlaqələrinin potensialını tam əks etdirmir. Gələcək illərdə ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, bir sıra potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaqdır.

Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasının vacibliyinə toxunan Fransanın xarici ticarət naziri Nikol Brik ölkəsinin yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulamışdır.

Xanım Nikol Brik diqqətə çatdırmışdır ki, Fransa Azərbaycan ilə ticarət və investisiya, şəhərsalma, enerji sektoru, maliyyə, təhsil, kənd təsərrüfatı, idman, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafında, habelə fransız şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır.

Fransalı nazir demişdir: “Apardığımız müzakirələr imkan verir ki, əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirək və eyni zamanda komissiyanın 2014-cü ildə keçiriləcək növbəti iclasında görülən işlərə və qarşıda duran məsələlərə yenidən baxaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub